“Kim pul üçün oynamadığını deyirsə...”

25.03.2023 21:30 186
İdman
“Leykers”in müdafiəçisi Ostin Rivz Los-Anceles komandasındakı gələcəyi haqda danışıb:

“Leykers”də qalmaq istəyərdim, ancaq MBA biznesdi. Aydın məsələdi ki, imkan daxilində daha çox qazanmaq istəyirəm. Vacib deyil ki, harda qazanıram. Kim pul üçün oynamadığını deyirsə, yalan danışır”.

“Football-plus.az” xəbər verir ki, bir müddət əvvəl Rivzin “Leykers”lə yeni müqaviləyə görə 50 milyon dollardan artıq almayacağı deyilirdi. “Gölməçəsevərlər” hazırda Qərb konfransının turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.