Məlum olduğu kimi ''Qalatasaray'' bir ara əzəli rəqibi ''Fənərbaxça''nı səfərdə uzun müddət məğlub edə bilmirdi. Nəhayət, 2020-ci ildəki 3:1-lik zəfər sayəsində Kadıköydə 20 illik qələbə həsrəti başa çatdı.
Şahin ''Bein Sports''a açıqlamasında həmin qələbənin pərdəarxası məqamları haqda danışaraq bunları deyib:
''Biz həmin həftə oyuna çıxmadan qalib gələcəyimizə əmin idik. Bu, öz-özünə, boşuna yaranan bir inam hissi deyildi. Analizlər aparılır. Eləcə də oyunçuların psixoloji cəhətdən həmin həftə davranışlarına diqqət yetirilir. Matç öncəsi paltardəyişmə otağında ab-hava da önəmlidi. Bunların hamısı bir-bir incələnir. Mən öz adımdan danışmalı olsam, onu deyə bilərəm ki, hər halda ən rahat şəkildə çıxdığımız oyunlardan biri idi. Əvvəldən sona qədər heç bir sıxıntı yaşamadıq. O mövsümkü ən rahat qələbələrimizdən birini qazandıq''.




