“Bruklin” Vona güvəndi, Lebron tənqid olundu

12.11.2022 17:13 314
İdman
“Bruklin” rəhbərliyi Jak Vonu baş məşqçi vəzifəsinə təyin edib.

Football-plus.az xəbər verir ki, onunla müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub. Mövsümün ilk 4 oyununun ikisində qələbə qazanan “Nets” bir müddət əvvəl Stiv Neşi istefaya göndərmişdi. 47 yaşlı Von 2016-cı ildən “Bruklin”in məşqçilər korpusunda təmsil olunur.

Bu arada sabiq MBA oyunçusu Kendrik Perkins “Leykers”in ulduz forvardı Lebron Ceymsi tənqid edib. “Gölməçəsevərlər”in noyabrın 10-da Los-Anceles derbisində “Klippers”ə uduzması (101:114) Perkinsi özündən çıxarıb:

“Lebron da Entoni Devis kimi yaxşı oynamalıdı. Son iki həftədə Rassell Uestbruku tənqid etdik və o öz işini gördü. Lebronu çox sevsəm də, indi pis oyun göstərir”.


Cari mövsümdə keçirdiyi 11 oyunun 9-da uduzan “Leykers” hazırda Qərb konfransının turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. Bu oyunların 10-da parket üzərinə çıxan Lebron orta hesabla 24,9 xal toplayıb.