Lebron 48 xal topladı, “Memfis” ardıcıl 10-cu qələbəsini qazandı

19.01.2023 12:34 232
İdman
“Leykers” ardıcıl üç məğlubiyyətdən sonra “Hyuston”la oyunda qələbəyə sevindi.

Football-plus.az xəbər verir ki, “gölməçəsevərlər”in heyətində hamıdan çox – 48 xal toplayan Lebron Ceyms cari mövsümdə şəxsi məhsuldarlıq rekordu müəyyənləşdirdi.

Srağagün keçirilən digər oyunda “Memfis” “Finiks”i darmadağın etdi. Ardıcıl 10-cu qələbəsini qazanan “Memfis” Qərb konfransının turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.