Anatolinin komandası evdə xal itirdi

19.10.2026 10:09 9
Dünya futbolu
Macarıstan çempionatında 10-cu turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Anatoli Nuriyevin çıxış etdiyi "Kişvarda" öz meydanında "Ferentsvaroş"la 1:1 hesablı heç-heçə edib.

Anatoli bu qarşılaşmanın iştirak ərizəsində yer almayıb.

Bu nəticədən sonra aktivindəki xalların sayını 11-ə çatdıran "Kişvarda" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.