İlk qol "Avtomobilçi"yə, 700-cü qol "Qarabağ"a

19.10.2026 11:28 45
Ölkə futbolu
“Neftçi” ölkə çempionatlarının yüksək dəstəsində 700-cü səfər qolunu vurub.

"Football-plus.az" xəbər verir ki, bu, Misli premyer-liqasının 8-ci turunda gerçəkləşib. “Qarabağ”la qarşılaşmada (3:3) ikinci qola imza atan Qustavo Klisman yubiley topunun müəllifi olub.

“Ağ-qaralar” rəqib meydanlarındakı 496-cı görüşdə qol sayını 701-ə çatdırıb. Bakılılar bu göstəricidə yalnız “Qarabağ”dan geri qalır.

“Ağ-qaralar” səfərdəki ilk qolunu 1992-ci il mayın 15-də Yevlaxda “Avtomobilçi”nin qapısından keçirib. Həmin matçda bakılılar 3:1 hesabı ilə qalib gəlib.