"Turan Tovuz" əsas heyət üzvlərindən Şəhriyar Əliyevlə müqaviləni yeniləyib. Kapitan daha 1 il "boz qurdlar"un şərəfini qoruyacaq.
"Football-plus.az" olaraq bu münasibətlə futbolçudan açıqlama aldıq. Onun açıqlaması belə oldu:
"Turan Tovuz" yeni yaranan komanda olsa da, mövsümə yaxşı başladı. Çıxışımızla çoxlarını təəccübləndirdik. Növbəti mövsüm daha yaxşı performans sərgiləyəcəyik. Komandada qalmağımın əsas səbəbi baş məşqçimiz Ayxan Abbasovla bağlıdı. Ayxan müəllim çox döyüşkən, mehriban, yumruq kimi bir olan kollektiv yaradıb. Baş məşqçimiz tələbkarlığıyla yanaşı, hər bir futbolçuya böyük qardaş, qayğıkeş biri kimi yanaşır. Məncə, belə məşqçinin rəhbərliyi altında hər bir futbolçu çıxış etmək istəyər. Həmçinin bölgədə futbol oynamaq tamam fərqli ab-havadı. Tovuzlu azarkeşlər bizə ayrıca güc verir. Qısası, "Turan Tovuz"u seçməyimdən çox xoşbəxtəm".
ABDULLA İSMAYILOĞLU