"Turan Tovuz" baş məşqçisinin müqaviləsini daha üç il uzatdı

9.03.2023 17:43 397
Ölkə futbolu
"Turan Tovuz" klubu baş məşqçisi Ayxan Abbasovla müqavilənin müddətini uzadıb.

"Football-plus.az" xəbər verir ki, 42 yaşlı mütəxəssis daha üç il Tovuz komandasının sükanı arxasında olacaq.

Qeyd edək ki, Ayxan Abbasov mövsümün əvvəlindən "Turan Tovuz"da işləyir.