Mövsümün sonunda “İnter”dən gedəcək

29.09.2022 11:19 362
Dünya futbolu
Edin Ceko mövsümün sonunda “İnter”i tərk edəcək.

Football-plus.az xəbər verir ki, İtaliya klubu təcrübəli futbolçu ilə müqaviləni yeniləməmək qərarına gəlib. Bosniya və Hersoqovina yığmasının hücumçusu komandadan azad agent kimi ayrılacaq.

36 yaşlı Edin “İnter”də 2021-ci ildən çıxış edir. A seriyasında milanlıların 43 oyununda iştirak edib və 14 qol vurub.