Messi yenə bunu bacarmadı

12.02.2023 14:51 225
Dünya futbolu
Messi iki mövsüm ərzində Fransa kubokunda bir oyunda da qalib gəlməyib.

Football-plus.az xəbər verir ki, argentinalı ötən il “Nitsa”ya, bu il isə “Marsel”ə uduzan heyətdə olub. 2021-ci ilin yayından PSJ-nin formasını geyən 35 yaşlı hücumçu üçün Fransa kuboku qatıldığı, ancaq qazanmadığı yeganə turnirdi.

Xatırladaq ki, Messi ötən ilin dekabrında Argentina yığması ilə dünya çempionu olmaqla karyerasındakı 42-ci titulu qazanıb.