"Football-plus.az" xəbər verir ki, tərəflər martın əvvəlində mükafat fondunun 70-in 30-a nisbətində Fürinin xeyrinə bölüşdürülməsini razılaşdırsalar da, başqa həlledici məsələlərdə ortaq məxrəcə gələ bilməyiblər. Bu haqda xəbəri öz qaynaqlarına əsaslanan ESPN yayıb. Ukraynalı döyüşçünün meneceri Egis Klimas isə boks üzrə ixtisaslaşan reportyor Stiv Kimə belə deyib:
“Usik nə qədər güzəştə getsə də, Füri get-gedə daha artığını istəyib”.




