Məşhur britaniyalı promouter Barri Makgiqan maraqlı açıqlama verib.
Football-plus.az xəbər verir ki, o, güman edir ki, WBA, IBF və WBO versiyaları üzrə superağır çəkinin çempionu Aleksandr Usikin (20-0) sürəti WBC versiyası üzrə çempion Tayson Füri (33-0) ilə döyüşdə həlledici rol oynayacaq:
“Füri qabaritlərinə və rəqibi qorxutmağa bel bağlayır, ancaq Usiki qorxutmaq asan deyil. Usik Coşua ilə döyüşdə hədsiz yaxşı idi. Füri yalnız hücum etmək zəruri olanda edir. Sürət Usiklə Fürinin döyüşündə vacib amil olacaq. Usik yalnız gözəl hərəkət edən və zərbələr vuran solaxay deyil, onun həm də fenomenal sürəti var. Mənə elə gəlir ki, Usik Füriyə onun düşündüyündən daha güclü müqavimət göstərəcək. Coşua kimi Fürini də məyusluq gözləyə bilər”.
Xatırladaq ki, ukraynalı Usik avqustun 20-də Səudiyyə Ərəbistanında Entoni Coşua ilə keçirdiyi döyüşdə hakimlərin qərarıyla qalib elan olunub. Füri isə dekabrın 3-də İngiltərədə Derek Çisoraya texniki nokautla qalib gəlib.