Bildiyiniz kimi, martın 26-da "Qarabağ" - "Qalatasaray" matçı keçiriləcək. Ağdam təmsilçisinin üzvlərinin çoxu milli komandaya dəvət olunduğu üçün "köhlən atlar" digər klublardan oyunçu dəvət edib.
Bu məlumatı "Football-plus.az"a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə verdi:
"Komandamıza 4 futbolçu dəvət olunub. Onlardan ikisi "Zirə"dən, digər ikisi isə "Şamaxı"dandı. Paytaxt klubundan Anar Nəzirovla Vild-Donald Gerye, "şirlər"dən isə Nihad Quliyevlə Rauf Hüseynli Qurban Qurbanovun sərəncamında olacaq. Son iki futbolçu "Qarabağ"a məxsusdu. Onlar "Şamaxı"ya icarəyə verilib".
İLKİN SULTANLI
"Qalatasaray"la oyun üçün Qurban Qurbanov bu futbolçulara dəvət göndərdi
Aktual



