“Qarabağ” Fransada seçimini etdi

23.10.2022 22:50 897
Manşet / Avropa Liqası
4 gün sonra “Qarabağ” ölüm-dirim matçına çıxacaq.

“Football-plus.az” xəbər verir ki, “köhlən atlar” Avropa Liqasının qrup mərhələsində “Nant”ın qonağı olacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin Fransaya yollanacağı tarix bəlli olub. Bu məlumatı saytımıza açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə dedi:

“Oktyabrın 25-də Nanta gedirik. Bakı vaxtı ilə saat 17.00-da uçuşdu. Radisson Blu Hotel”də məskunlaşacağıq. Baş məşqçimiz Qurban Qurbanovun mətbuat konfransı Fransa vaxtı ilə saat 19.10-da start götürəcək. 19.30-da isə komandamızın media üçün açıq məşqi olacaq”.


İLKİN SULTANLI