"Qarabağ" "Qalatasaray"la oyun üçün hansı klublardan futbolçu cəlb edəcək? - AÇIQLAMA

20.03.2023 13:09 837
Ölkə futbolu / Manşet
Martın 26-da İstanbul nəhəngi “Qalatasaray” ilə üz-üzə gələcək “Qarabağ”da heyətlə bağlı problemlər var. “Köhlən atlar”ın 10-dan çox futbolçusu müxtəlif yığmalara çağrılıb. Qurban Qurbanov digər klublardan oyunçu dəvət edəcəklərini bildirmişdi.

Ağdam təmsilçisi hansı klublara müraciət edib? Çağrılacaq futbolçular kimlərdi?

“Qarabağ”ın mətbuat katibi Gündüz Abbaszadə “Football-plus.az”ın suallarına belə cavab verdi:

“Baş məşqçimizin də dediyi kimi, dəqiq qərarlar qarşılaşmaya 2-3 gün qalmış veriləcək. Hər halda, hansı komandalara müraciət ediləcəyi düşünülüb. Lakin bu istiqamətdə müzakirələr aparılmayıb. Hələ ki heç bir futbolçu heyətə cəlb edilməyib.

Hazırda məşqlərimiz davam edir. Komandanın hazırlıq səviyyəsinə və çatışmazlığın yarandığı mövqelərə uyğun addımlar atılacaq”.


KƏNAN BAHADIR