“Qarabağ” bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçında “Lex”i qəbul edəcək.
Qarşılaşmanın başlamasına saatlar qalıb. Görəsən, oyuna maraq nə qədərdi? Bilet satışında vəziyyət necədi?
Suallarımıza cavab tapmaq üçün “Qarabağ”ın mətbut katibi Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Klub rəsmisi “Football-plus.az” saytına açıqlamasında cəmi 16 min biletin satıldığını bildirdi.
Qeyd edək ki, qarşılaşma saat 20.00-da start götürəcək.
İLKİN SULTANLI