"Qarabağ" - "Sürix" matçında anşlaq olacaq: 2 günə bu qədər bilet satıldı

16.07.2022 17:39 5 147
Aktual / Manşet
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ" "Sürix"lə iyulun 19-da saat 20.00-da Tofiq Bəhramov adına Respublika stadionda üz-üzə gələcək.

Football-plus.az xəbər verir ki, görüşün biletləri dünən saat 11.00-dan satışa çıxarılıb.

"Lex"ə qarşı Bakıda keçirilən oyunda rekord qeydə alınmışdı. Matçı 27 min 662 nəfər görüşü stadiondan canlı izləmişdi. Görəsən, "Sürix"lə görüşə maraq var? Qarşılaşmaya 2 gün ərzində nə qədər bilet satılıb? Suallarımızı klubun mətbuat katibi Gündüz Abbaszadə belə cavabladı:

"Dünən və bu gün ümumilikdə 12 min bilet satılıb. Satış öz axarında davam edir".


2 gün ərzində bu qədər biletin satılması olduqca yaxşı göstəricidi. Görünür ki, "Sürix"lə oyunda stadion tam dolacaq və anşlaq olacaq.

İLKİN SULTANLI