"Qarabağ" - "Qalatasaray" matçına doğru: biletlər tükənir

18.03.2023 20:31 426
Manşet
Martın 26-da "Qarabağ"la "Qalatasaray" üz-üzə gələcək.

"Football-plus.az" xəbər verir ki, görüşə 55 mindən çox bilet satılıb. Artıq həm "iticket.az" saytında, həm də kassalarda 3 və 5 manatlıq biletlər tükənib.

Məlumatı klubun mətbuat katibi Gündüz Abbaszadə də təsdiqlədi:

"Bu günün yekun sayı bəlli deyil. Lakin 50 mindən çox biletin satıldığını söyləyə bilərik. 3 və 5 manatlıq biletlər, ümumiyyətlə, yoxdu, hamısı satılıb".


İLKİN SULTANLI