BOS "Qarabağ" - "Qalatasaray" matçına hazırdı? - FOTOLAR

23.03.2023 11:55 323
Aktual / Maraqlı
"Qarabağ" Türkiyənin "Qalatasaray" klubu ilə xeyriyyə matçında üz-üzə gələcək.

"Football-plus.az" xəbər verir ki, Bakı Olimpiya Stadionu qarşılaşmaya ev sahibliyi etməyə hazırdı. Bununla bağlı Ağdam təmsilçisinin sosial şəbəkə hesabları paylaşım edib:

"Bakı Olimpiya Stadionu qardaşlıq oyununa hazırdı! Bəs siz biletinizi almısınız?"

Qeyd edək ki, "Qarabağ" - "Qalatasaray" görüşü martın 26-da saat 20.00-da keçiriləcək. Oyundan əldə olunacaq bütün gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

BOS "Qarabağ" - "Qalatasaray" matçına hazırdı?