"Qarabağ" və "Qalatasaray" klubları martın 26-da keçiriləcək yoldaşlıq oyunu ilə bağlı paylaşım ediblər.
"Football-plus.az" xəbər verir ki, "köhlən atlar" rəsmi feysbuk hesabında "Yoldaşlıq deyil, Qardaşlıq oyunu" yazıb.
Azərbaycan çempionu qarşılaşmadan əldə olunacaq bütün gəlirlərin Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcəyini vurğulayıb.

