MHL-in cari mövsümündə pley-offa adlamaq şansı hədsiz aşağı olan “Vaşinqton” bu gün səhər saatlarında evdə “Kolambus”a uduzub (6:7 ОТ).
"Football-plus.az" xəbər verir ki, bu oyunda hesabı açan “Vaşinqton”un hücumçusu Aleksandr Oveçkin bir göstəricidə liderliyini möhkəmlədib.
140-cı dəfə hesabı açan rusiyalı ulduz bu göstəricidə MHL tarixinin rekordçusudu. 2-ci yerdə Yaromir Yaqr (135), 3-cü yerdə isə Bret Hall (131) qərarlaşıb.