''Fənərbaxça'' Batşuayini də itirdi

19.03.2023 18:51 247
Dünya futbolu
''Sevilya''nı evdə məğlub etməsinə rəğmən iki oyunun nəticəsinə görə uduzan və Avropa Liqasının 1/8 finalında mübarizəni dayandırmalı olan ''Fənərbaxça'' daha bir üzücü xəbər alıb.

"Football-plus.az" xəbər verir ki, andalusiyalılarla qarşılaşmada zədələnən və artıq 16-cı dəqiqədə göz yaşları içində meydanı tərk edən Mişi Batşuayinin durumuna aydınlıq gəlib. Təcrübəli belçikalı forvardın sol ayaq baldırında yırtıq aşkarlanıb və o, 4-6 həftəliyə sıradan çıxıb. Bu, həm də o deməkdi ki, Batşuayi yığma fasiləsindən sonra sabiq klubu ''Beşiktaş''a qarşı derbini buraxmalı olacaq.

29 yaşlı hücumçu bu mövsüm 25 rəsmi oyunda 15 qol vurub.