Martinesin əlcəkləri hərracda satıldı

18.03.2023 22:37 215
Maraqlı
Emiliano Martinesə məxsus əşya xeyriyyə üçün istifadə olunacaq.

"Football-plus.az" xəbər verir ki, Argentina millisinin qapıçısının DÇ-2022-nin finalında Fransaya qalib gəldikləri matçda geydiyi əlcəklər hərracda satılıb. 

“The Times” nəşrinin yaydığı xəbərə görə, əlcəyin satışından əldə olunan 42 min avro Argentinada xərçəng xəstəliyindən müalicə alan uşaqlar üçün nəzərdə tutulan xəstəxanaya bağışlanıb. Argentina yığması ilə DÇ-2022-nin qalibi olan və turnirin ən yaxşı qapıçısı seçilən Martines bu aksiyaya belə münasibət bildirib:

“Hər gün dünya çempionatının finalında oynamaq mümkün deyil. Bu əlcəklər mənim üçün xüsusidi. Ancaq uşaqlara kömək etmək əlcəkləri evimdəki çərçivəyə asmaqdan daha yaxşıdı”.