FİFA 2022-ci ilin ən yaxşı qapıçısı adna son üç namizədi açıqlayıb.
Qurumun saytının yaydığı xəbərə görə, namizədlər sırasına Tibo Kurtua (“Real”, Belçika), Yassin Bunu (“Sevilya”, Mərakeş) və Emiliano Martines (“Aston Villa”, Argentina) layiq biliniblər.
Qalib fevralın 27-də Parisdə keçiriləcək mərasimdə elan olunacaq. Yeri gəlmişkən, 2021-ci ilin ən yaxşı qapıçısı üçün ayrılan mükafata “Çelsi”nin və Seneqal millisinin oyunçusu Eduar Mendi layiq görülüb.