FFF Martinesə görə AFA-ya müraciət edib

24.12.2022 14:13 346
DÇ 2026
Emiliano Martinesin Kilian Mbappeni ələ salması Fransa Futbol Federasiyasının (FFF) etirazına səbəb olub.

Football-plus.az xəbər verir ki, FFF Argentina millisinin qapıçısından şikayət edib.

Argentina yığmasının DÇ-2022-nin finalında Fransa üzərində qələbəsindən (3:3, penalti seriyası - 4:2) sonra Martines paltardəyişmə otağında “vəfat edən Mbappe üçün” “birdəqiqəlik sükut” elan edib. Bundan başqa, Argentinada keçirilən çempionluq paradında Kilianın üzünün əks olunduğu kukla ilə bayram edib. FFF-nin prezidenti Noel Le Qre bu faktlərlə bağlı Argentina Futbol Assosiasiyasının (AFA) prezidentinə müraciət etdiyini bildirib:

“Argentina Futbol Assosiasiyasındakı həmkarıma yazmışam. Mən bu halları anormal hesab edirəm. Bu hərəkətləri idman yarışı kontekstində başa düşmək çətindi. Martines məlum əməlləri ilə çox uzağa gedib. Mbappenin dünya çempionatı boyunca davranışı isə nümunəvi olub”.