Venesuela millisində baş məşqçi problemi həllini tapıb. Bu barədə Venesuela Futbol Federasiyası (VFF) məlumat verib.
“Football-plus.az” xəbər verir ki, milli komandanı bundan sonra Fernando Batista çalışdıracaq. Argentinalı mütəxəssis VFF ilə 3,5 illik müvaqilə imzalayıb. O, baş məşqçi vəzifəsində Xose Pekermanı əvəzləyib.
Qeyd edək ki, 52 yaşlı Batista 2021-ci ildən Venesuela yığmasında köməkçi-məşqçi kimi çalışırdı. O, daha əvvəl Ermənistanın U-18 və U-19, Argentinanın U-20 və U-23 komandalarına başçılıq edib.