Misir yığmasında baş məşqçi problemi həllini tapıb.
Football-plus.az xəbər verir ki, milli komandanı bundan sonra Ruy Vitoriya çalışdıracaq. 52 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb. Portuqaliyalı yeni vəzifədə Ehab Qalalı əvəzləyib.
Vitoriyanın sonuncu iş yeri “Spartak” olub. O, Moskva klubunu 2021-ci ilin mayından dekabrına qədər çalışdırıb.
Vitoriya Misirdə qərar tutdu
Dünya futbolu

