“Filadelfiya” üzərindəki qələbə “Pittsburq”un baş məşqçisi Mayk Sallivan üçün xüsusi əhəmiyyət daşıdı.
"Football-plus.az" xəbər verir ki, “pinqvinlər”in çalışdırıcısı 736-cı oyunda 400 qələbə həddinə çatdı ki, bu da MHL tarixinin 11-ci nəticəsidi. Bu göstəricidə liderlik edən Con Kuper 400-cü qələbəni 659-cu oyunda qazanıb. Sallivan MHL tarixinə 400 qələbə həddinə çatan 40-cı məşqçi kimi də düşdü.