Srağagün evdə “Ottava”nı qəbul edən “Sietl” MHL-də 2000-ci qələbəsini qazandı.
“Blyuz” MHL tarixinə bu həddə çatan 8-ci klub kimi düşdü. Qələbə sayına görə rekord “Monreal”a məxsusdu (3513). Sonrakı pillələrdə “Boston” (3326), “Toronto” (3080), “Detroyt” (3089), “Reyncers” (2960), “Çikaqo” (2851) və “Filadelfiya” (2122) qərarlaşıb.