“Football-plus.az” xəbər verir ki, “Beşiktaş” da yoldaşlıq matçı ilə bağlı Azərbaycan təmsilçisi ilə danışıqlar aparır. Bunu “qartallar”ın baş məşqçisi Şenol Günəş açıqlayıb:
“Yoldaşlıq görüşü ilə bağlı Azərbaycandan danışıqlar apardığımız klub var. “Sabah”la Bakıda qarşılaşa bilərik. Onlarla 4-5 gün öncə əlaqəyə keçmişik. Matçın tarixi dəqiqləşməyib. Oyunun martın 21-24-ü aralığında olacağı gözlənilir. “Sabah” tərəfi isə ayın 25-i oynamağı təklif edib”.
İSMAYIL XEYRULLAYEV




