"Real"ın 3 futbolçusu “El Klasiko”nu buraxa bilər

16.03.2022 12:10 451
Dünya futbolu
“Real”ın məşqçiləri Kərim Benzema, Ferlan Mendi və Rodriqoya görə narahatdılar.

Bu futbolçular La Liqanın 29-cu turunun “Barselona” ilə martın 20-də “Santyaqo Bernabeu” stadionunda keçiriləcək prinsipial matçını buraxa bilərlər. Bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti məlumat verib. O, zədədən əziyyət çəkən oyunçuların “El Klasiko”da iştirakının sual altında olduğunu deyib:

"Qarşıdakı bir neçə günü qiymətləndirməliyik. Futbolçuların zədəsi o qədər də ciddi görünmür. Lakin Rodriqonun durumunun bir az çətin olduğunu deyə bilərəm. Ferlanın əzələləri də həddindən artıq yüklənib. Benzema da ağrılar hiss edir. Çərşənbə gününə qədər gözləməliyik ki, onların tezliklə sıraya dönüb-dönməyəcəyi məlum olsun”.