Dembele “El Klasiko”da oynaya biləcək?

8.03.2023 18:15 231
Dünya futbolu
Usman Dembelenin son vəziyyəti ilə bağlı xəbər yayılıb.

“Football-plus.az” xəbər verir ki, onun hazırkı durumu heç də ürəkaçan deyil “Barselona”nın hücumçusu La Liqanın “Jirona” ilə oyununda (1:0) zədələnmişdi. Son məlumatda Usmanın zədəsinin bərpa prosesinin ləng getdiyi bildirilib. Bu səbəbdən onun martın 19-da keçiriləcək “Real”la “El Klasiko”da oynamaq ehtimalı minimuma bərabərdi.