Benzema derbidə oynaya biləcək?

17.09.2022 14:34 420
Dünya futbolu
Kərim Benzema artıq on gündü topa toxuna bilmir.

Football-plus.az xəbər verir ki, “Real”ın hücumçusunun La Liqanın növbəti turunun “Atletiko” ilə vacib oyununda iştirakı edib-etməyəcəyinə hələ də aydınlıq gəlməyib.

Yerli mənbələrin xəbərinə görə, madridlilərin kapitanı prinsipial rəqiblə matçı buraxmaq istəmir, lakin onun derbidə iştirakı oyun gününə qədər sual altında qalacaq. Fransalı futbolçunun oynayıb-oynamayacağına matç günü qərar veriləcək. “Real” əzəli rəqibi “Atletiko” ilə La Liqanın 6-cı turunun sentyabrın 18-də keçiriləcək səfər oyununda qarşılaşacaq. Derbi Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

Xatırladaq ki, Benzema Çempionlar Liqasının qrup mərhələsinin sentyabrın 6-da keçirilən “Seltik”lə oyununda (3:0) zədələnib.