“Real”ın hücumçusu Kərim Benzema La Liqanın 25-ci turunun “Espanyol”la oyununda iştirak etməyib.
"Football-plus.az" xəbər verir ki, fransalı futbolçunun topuq nahiyəsindən aldığı zərbə səbəbindən ardıcıl iki gün məşq etmədiyi məlum olub. Benzamanın “Liverpul”a qarşı oynaması sual altındadı. Çempionlar Liqasının 1/8 finalının cavab matçı martın 15-də Madriddə keçiriləcək.
Xatırladaq ki, Liverpulda fevralın 21-də baş tutan ilk oyun “Real”ın 5:2 hesablı qələbəsi ilə nəticələnib.