"Mançester Yunayted" "Real"ın futbolçusu Kazemironu heyətinə qatmağa hazırlaşır.
"Football-plus.az" "Mundo Dportivo"ya istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 30 yaşlı yarımmüdafiəçi ilə yaxında 5 illik müqavilə imzalayacaqlar. Oyunçu illik 18 milyon avro maaşla İngiltərə premyer-liqasında ən çox məvacib alan futbolçulardan birinə çevriləcək.
Qeyd edək ki, Kazemiro 2013-cüildən "Real"da oynayır.