Kazemiro rəsmən "Mançester Yunayted"də

23.08.2022 11:32 421
Dünya futbolu
Braziliya millisinin üzvü Kazemironun "Mançester Yunayted"ə keçidi rəsmiləşib.

"Football-plus.az" klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Müqavilənin daha bir il uzadılması mümkündür.

Qeyd edək ki, "Mançester Yunayted" "Real"dan transfer etdiyi Kazemiro üçün 70 milyon avro təzminat ödəyib.