Xəbər verdiyimiz kimi, AFFA İntizam Komitəsi dekabrın 28-də növbəti cəzaları açıqlayıb.
Ən çox “zülmə məruz qalanlar” "Zirə" ilə "Kəpəz"di. Xatırladaq ki, "sarı-göylər"in heyətində Elçin Əlicanov, Mixeil Erqemlidze və Giorgi Kantariya qırmızı vərəqə aldığı üçün hər biri 1 oyunluq cəzalanıb. Bundan başqa, Gəncə təmsilçisinin 6 futbolçusu sarı vərəqə aldığına görə klub ümumilikdə 4800 manat cərimələnib. "Qartallar"da isə Coşqun Diniyevlə Nemanya Andelkoviç “qırmızı” alıbsa, daha 4 futbolçu “sarı”ya tuş gəlib. Coşqun 2, Nemanya 1 oyun cəzalanıb, klub ümumilikdə 2600 manat cərimələnib.
Klubların İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verib-verməyəcəyini öyrənmək üçün mətbuat katibləriylə əlaqə saxladıq. Və məlum oldu ki, heç biri AFFA-nın Apellyasiya Arbitraj Tribunalına müraciət etməyəcək.
ABDULLA İSMAYILOĞLU