Qrehem Potterin “Çelsi” ilə Çempionlar Liqasında (ÇL) uğurlu seriyası davam edir.
Onun komandası “Dinamo”ya (Zaqreb) qalib gəlib – 2:1. Pley-offa qrup lideri kimi vəsiqə qazanan “Çelsi” bu turnirdə Potterin başçılığı altında keçirdiyi ilk 5 oyunda məğlub olmayıb (4 qələbə, 1 heç-heçə). Paytaxt komandasında sonuncu dəfə belə göstəriciyə Roberto Di Matteo nail olub. “Çelsi” italyan mütəxəssis ilə ÇL-in 2011/12 mövsümündə qalib gəlib.