Çempionlar Liqasında 1/8 final İngiltərə klubları üçün uğursuz başlayıb.
Football-plus.az xəbər verir ki, premyer-liqanı bu mərhələdə təmsil edən 4 komandanın heç biri ilk oyunlarda qalib gələ bilməyib. “Tottenhem” səfərdə “Milan”a (0:1), “Çelsi” Dortmundda “Borussiya”ya (0:1), “Liverpul” isə öz meydanında “Real”a (2:5) uduzub. Yalnız “Mançester Siti” Leyptsiqdə eyniadlı komandaya məğlub olmayıb (1:1).
Qeyd edək ki, premyer-liqa təmsilçiləri 2014/15 mövsümündən sonra ilk dəfə 1/8 finala qələbə ilə başlaya bilməyiblər. 8 il əvvəl “Mançester Siti”, “Arsenal” və “Çelsi” bu mərhələnin ilk oyunlarında qalib gəlməmişdi.