"Qarabağ" Azərbaycan futbolunda əsrin rekorduna imza atdı

16.05.2022 11:50 894
Premyer-liqa
“Qarabağ” 2021/22 mövsümündə ümumilikdə 100-cü qolunu vurub.

"Football-plus.az" xəbər verir ki, bu məlumatı PFL-in rəsmi saytı yayıb. Yubiley topuna Musa Qurbanlı imza atıb. O, premyer-liqanın 27-ci turunun “Səbail”lə səfər qarşılaşmasında (3:0) komandasının ikinci qolunun müəllifi olub.

Qurban Qurbanovun komandası 100-cü qolunu 45-ci matçda vurub. Qol sayını 101-ə çatdıran Ağdam klubu premyer-liqada 68, ölkə kubokunda 15, Konfrans Liqasında 18 dəfə fərqlənib.

“Qarabağ” həm də çempionatda bir mövsüm ərzində vurulan qol sayında 21-ci əsrin rekorduna imza atıb. Bunadək “Xəzər Lənkəran” 2004/05, “Qarabağ” 2013/14 və 2015/16 mövsümlərində 66 qol vurmuşdu. Ağdam klubu bu göstəricini iki top üstələyib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul