• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

''Fənərbaxça'' Jezuşa qovuşdu!

Dünya futbolu

2-06-2022, 16:0

''Fənərbaxça''da baş məşqçi ilə bağlı qeyri-müəyyənliyə, nəhayət, son qoyuldu.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Portuqaliyalı mütəxəssislə 1 illik müqavilə imzalayıb. 67 yaşlı çalışdırıcı "sarı-lacivərtlilər"də illik 3 milyon avro maaş alacaq.

Srağagünsə iki önəmli olay yaşandı. Birincisi, ötən mövsümün ikinci dövrəsində komandanı uğurla çalışdıraraq ''Fənər''ə ÇL-ə vəsiqə qazandıran İsmayıl Kartal istanbullularla birdəfəlik vidalaşdı. İkincisi Əli Koçun 1 aya yaxındı danışıqlar apardığı Jorje Jezuş gecə saat 01.50-də İstanbula ayaq basdı. ''Fənər''in ayırdığı xüsusi təyyarə ilə İstanbula gələn ünlü mütəxəssisi klubun idarə heyətinin üzvü Səlahəttin Baki qarşıladı. Gec saatlarında gəlməsinə baxmayaraq, fanatlar məşqçini ''Sabiha Gökçən'' hava limanında böyük hay-küylə qarşıladılar. İstanbula oğlu və iki köməkçisi - Joao Deuş və Marsio Sampayo ilə birlikdə gələn 67 yaşlı mütəxəssis daha sonra helikopterə minərək otelə yollandı. Jezuşun digər 5 köməkçisinin önümüzdəki günlərdə İstanbula gələcəyi gözlənilir.

Dünən isə əvvəlcə ''Fənərbaxça'' rəsmi hesablarından bu məşqçi ilə danışıqlara başlandığını açıqladı. Günorta saatlarında Jezuşla Əli Koç ''Kalamış Divan'' adlı məkanda görüşərək həm çörək yedilər, həm də uzun-uzadı danışıqlar apardılar. Burda ''Fənər''in digər rəsmiləri də iştirak etdi. Jezuşun məhz iyunun 1-də Türkiyəyə gəlməsi təsadüfi deyil. Məsələ burasındadı ki, ötən ilin dekabrında ''Benfika''dan qovulan mütəxəssisin təzminatında ''yeni bir iş tapmasa, mayın 31-nə qədər hər ay maaşını almaqda davam edəcək'' maddəsi var imiş. Jezuş da bu üzdən mayın 31-nə qədər gözlədikdən sonra Türkiyəyə gəldi və ''Fənər''lə açıq şəkildə danışıqlar aparmağa başladı. Koçla danışıqları başa çatdırdıqdan sonra Jezuş dünən ''Ülkər'' stadionunu ziyarət edərək burda şəkillər çəkdirdi. Jezuş klubun muzeyini də ziyarət etdi. Maraqlıdı ki, ''Fənərbaxça'' ''Trabzonspor''a acıq verərək portuqaliyalının məhz 2010/11 mövsümünün çempionluq kuboku ilə çəkdirdiyi şəkili paylaşdı.

30 ildən artıqdı məşqçilik sahəsində olan Jezuş futbol dünyasında yetərincə tanınmış simadı. O, Vitsel, David Luis, Di Mariya, Ramires, Bernardo Silva, Qaray, Xavi Qarsiya, Rodriqo, Salvio, Qaytan, Oblak, Matiç kimi tanınmış simaları futbol dünyasına qazandırıb və ''Benfika'' da müxtəlif dönəmlərdə bu oyunçuların satışından milyonlarla avrolar qazanıb. 32 illik karyerası boyunca 13 fərqli klubda işləyib və 3 Portuqaliya, 1 Braziliya çempionluğu olmaqla ümumilikdə 16 titul qazanıb. Son 14 ildə ''Braqa'', ''Benfika'', ''Sportinq'', ''Əl-Hilal'', ''Flamenqo'' kimi klubları çalışdırmış Jezuş məşqçi kimi indiyə qədər 834 matçın 516-dan qələbəylə ayrılaraq, hər oyuna orta hesabla komandalarına 2,04 xal qazandırıb. Onun daha bir diqqətçəkən özəlliyi odu ki, 7 dəfə komandaları ÇL-in təsnifat mərhələsində iştirak edib və bunların 5-də qrup mərhələsinə yüksəlməyi bacarıblar. ''Fənərbaxça''nın da ÇL-də mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacağını nəzərə alsaq, Jezuşun bu özəlliyi istanbullulara böyük fayda verə bilər. Jezuşun futboldan əlavə ticarət sahəsində də fəal olduğunu bildirək. O, öz ad və soyadının baş hərflərindən ibarət olan ''JJ'' geyim markasını da yaradıb. Məşqçi bu markaya aid köynək, papaq və şort satışından da ciddi pullar qazanır. Bu məşqçi ilə bağlı hətta ''Fənər''in əfsanəsi Aleks de Souza da paylaşım edərək ona yeni işində uğurlar arzulayıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-05-2022, 17:0

''Fənərbaxça'' ilə Jezuş hansı məsələdə anlaşa bilmir?

Dünya futbolu

8-06-2022, 15:0

“Fənər” yeni mövsümün hazırlığına nə vaxt start verəcək?

Dünya futbolu

12-05-2022, 15:0

Məsut Özil Rıdvan Dilmənlə nə üçün görüşüb?

Dünya futbolu

4-06-2022, 17:0

''Fənərbaxça'' Jezuşla neçə illik müqavilə imzaladı?

Aktual
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
“Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
“Sabah”ın matçını bu kanal göstərəcək
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Son xəbərlər
  • Bu gün, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Bu gün, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Bu gün, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Bu gün, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Bu gün, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Bu gün, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Bu gün, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Bu gün, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Bu gün, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Bu gün, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Bu gün, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Bu gün, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Bu gün, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 109
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 101
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə