Het-trik etdi, ən yaxşı oyunçu seçildi

25.02.2023 14:54 247
Dünya futbolu
Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Football-plus.az xəbər verir ki, bu nominasiyanın qalibi “Yuventus”un yarımmüdafiəçisi Anxel Di Mariya olub.

Argentinalı futbolçu azarkeşlər arasında keçirilən səsvermədə Anatoli Trubin (Şaxtyor), Yosip Yuranoviç (Union) və Florian Virtsi (Bayer-04) qabaqlayıb.

Di Mariya Avropa Liqasının pley-off mərhələsinin “Nant”la cavab matçında (3:0) komandasının hər üç qolunun müəllifi olmuşdu.