“Pul bəs etməsə, heç nə alınmayacaq”

10.03.2023 23:30 191
İdman
Dünyadakı bütün qaydasız döyüş həvəskarları superağır çəkidə ayrı-ayrı versiyalar üzrə çempion kəmərini daşıyan Tayson Füri ilə Aleksandr Usik arasındakı mümkün birləşdirici döyüşü böyük səbirsizliklə gözləyir, bu olayın həyəcanını yaşayırlar.

"Football-plus.az" xəbər verir ki, amma “Queensberry Promotions” şirkətinin rəhbəri Frenk Uorren həmin döyüşlə bağlı danışıqların ölü nöqtədən tərpənmədiyini deyib:
“Hələ ki razılığa gəlməmişik. Döyüşün baş tutması üçün hər iki boksçunun razılığı lazımdı. Hazırda ortada belə anlaşma yoxdu. Mənim cibim var və ordakı pulu ortaya qoya bilərəm. Pul bəs etməsə, heç nə alınmayacaq”.