Füri Usikin cavabını verdi

4.02.2023 13:52 291
İdman
MMA dünyası ilə bağlı başqa xəbər də var. Superağır çəkidə WBC çempionu Tayson Füri eyni çəkidə WBA, IBF və WBO çempionu Aleksandr Usikə cavab verib.

Football-plus.az xəbər verir ki, ukraynalı bir neçə gün əvvəl britaniyalıya “yekəqarın” demişdi:

“Mən yekəqarınam, yekəqarınlar isə dovşanları yeyir. İndi nəyə hazırlaşıram – onu yeməyə. Əvvəlcə döyüşü keçirək. Döyüş anons olunana qədər bir-birimizin ünvanına söz deməyin mənası yoxdu. Nə vaxt ki razılaşarıq, onda da danışmağa başlayarıq”.

Füri ilə Usik arasında birləşdirici döyüşün yazda keçirilməsi gözlənilir.