Birinci divizionun 20-ci turunun diqqət çəkən qarşılaşmalarından biri də "Kəpəz-2" ilə MOİK arasında baş tutdu. Oyun Gəncə təmsilçisinin 4:0 hesablı qələbəsiylə başa çatdı.
"Sarı-göylər"in heyətində kapitan kimi meydana çıxan Elvin Yunuszadə qol hesabını açdı. Təcrübəli müdafiəçi qarşılaşma ilə bağlı "Football-plus.az” saytına təssüratını bölüşdü:
"Birinci divizion fərqli özəllikləri olan çempionatdı. Burda elə matçlar olur ki, intriqasına görə heç də premyer-liqa oyunlarından fərqlənmir. 19-cu turda səfərdə "Araz Naxçıvan"a böyük hesabla uduzmuşduq. Naxçıvan şəhərinin stadionun qazonu da işimizi xeyli çətinə saldı. Həmin oyundan sonra psixoloji-mənəvi gərginlik içindəydik. Ona görə mütləq qələbə qazanıb bunu üzərimizdən atmalıydıq. Şükürlər olsun ki, layiqli qələbə qazandıq. Qol vurmağımı o qədər də qabartmaq istəməzdim. Əsas komandamın qələbə qazanmasıdı. Artıq MOİK-lə oyunu unudub növbəti qarşılaşmaya köklənməliyik".
ABDULLA İSMAYILOĞLU