• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Səbail” – “Sumqayıt” matçında yaşananlar - REPORTAJ

Premyer-liqa

9-03-2023, 22:0

Bayıldakı qarşılaşmanın o qədər də baxımlı keçməyəcəyi əvvəlcədən proqnozlaşdırılırdı.

“Şamaxı”nın dirçəlişi fonunda turnir cədvəlinin “zirzəmi”sində əməlli-başlı sıxlıq yaranıb. Elə bu səbəbdən də son pillələrdə yer alan komandalar bir-birindən ehtiyatlanır. Bəlkə də Samir Abasovun “Səbail”lə oyunda xüsusi plan hazırlaması da bundan irəli gəlirdi. Çalışdırıcı rəqibin əl-qolunu bağlayıb, müdafiəyə daha çox diqqət yetirməyə qərar vermişdi. Təsadüfi deyildi ki, Abasov hücumameyilli futbolçuları - Vüsal İsgəndərli ilə Terrens Tisdeli ehtiyatda saxlamışdı. Şahin Diniyev isə doğma meydandakı oyunu qələbə ilə başa vurmağı hədəfləyirdi. “Dənizçilər”in start heyətində 6 əcnəbi futbolçu yer alırdı. Bu məqam onu deməyə əsas verir ki, Diniyev bütün əsas fiqurlarını işə salmışdı.

Hələ 7-ci dəqiqədə “Sumqayıt”ın qapıçısı məharətini göstərməli oldu. Aydın Bayramov İlkin Muradovun uzaqdan qüvvətli zərbəsindən sonra topu tirin üzərindən aşırdı. Qapıçı künc zərbəsindən sonra yaranan qarışıqlıqda da topu tutmağa çətinlik çəkmədi. Təxminən 20 dəqiqə sonra Murata özünü göstərdi. Fərdi ustalığı sayəsində zərbə mövqeyinə çıxan yaponiyalı qapını düzgün nişan ala bilsəydi, hesab açılacaqdı. Rəqiblərini yaxşı aldadan Masaki uzaqdan yaxşı zərbə endirsə də, hədəfə düşmədi. Bir-birindən hədsiz ehtiyatlanan rəqiblər zaman-zaman güclənən küləyin də təsiri ilə sürətli oyun sərgiləyə bilmir, daha çox müdafiədə diqqətli və səliqəli oynamağa çalışırdı. Məhz bu səbəbdən də “ASCO Arena”ya təşrif buyuran azsaylı azarkeşlər birinci hissədə təhlükəli hücumlar və qol vurmağa hesablanan həmlələr izləyə bilmədi. Bütün bunların fonunda komandaların fasiləyə qolsuz bərabərliklə yollanması da təəccüblü olmadı.

İkinci yarı da birincinin oxşarı idi. Düzdü, ikinci hissə başlayan kimi Samir Abasov Vüsal İsgəndərlini meydana buraxdı. Amma onun təkbaşına cəhdləri o qədər də effektli alınmır, “Səbail”i qapısına doğru sıxışdırmağa kifayət etmirdi. “10” nömrənin daha çox fərdi oyuna meyil etməsini, sürəti hesabına rəqibi təkbaşına keçməyə cəhd göstərməsi də qeyd olunmalıdı. Onun sürəti “Sumqayıt”ın işinə yaradı. Məhz Vüsalın məharəti sayəsində “Səbail” 63-cü dəqiqədə azlıqda qaldı. Qustavo de Fransa sağ cinahla irəli şığıyan rəqibini yerə sərməklə durdurdu. Rəşad Əhmədov əvvəlcə “Səbail”in legionerinə sarı vərəqə göstərdi. Amma VAR-ın çağırışından sonra mingəçevirli referi monitora doğru tələsdi. Texniki problemlər səbəbindən monitorun qarşısında bir qədər ləngiyən hakim meydana döndükdən sonra sarı vərəqəni ləğv edərək Qustavonu meydandan qovdu. 85-ci dəqiqədə Ağabala Ramazanov diqqət mərkəzinə düşdü. “Səbail”in cərimə meydançasına daxil olan hücumçu Elvin Bədəlovla mübarizədən sonra yerdə qaldı. Meydan sahibləri hakimdən penalti təyin etsə də, Əhmədov epizodu simulyasiya kimi qiymətləndirərək Ağabalaya sarı vərəqə göstərdi.
Maraqlıdı ki, oyunun taleyini elə penalti zərbəsi həll etdi. Hər şey qolsuz heç-heçəyə doğru gedərkən meydana sonradan çıxan Tisdelin 5-ci uzatma dəqiqəsindəki fəaallığı bəhrə verdi. Məhz onun zərbəsindən sonra top cərimə meydançasında Cabir Əmirlinin əlinə dəydi. Epizoda yaxın olan Rəşad Əhmədov tərəddüd etmədən “nöqtə”ni göstərdi. İsgəndərli ilə Tisdelin qısa məşvərətindən sonra penalti zərbəsini liberiyalı yerinə yetirdi. Emil Balayev üçün bu zərbə qarşısıalınmaz oldu. Son saniyələrdə vurulan penalti qolu sayəsində qələbə qazanan “Sumqayıt” səfərdən vacib 3 xalla dönməyi də bacardı.

Gözdən qaçmadı
* Kəmiyyət yox, keyfiyyət əsasdı – aşkar autsayder “Səbail”in azarkeşlərindən söz düşəndə bu prinsip həmişə keçərlidi. Bu komandanın əsasən uşaqlardan və yeniyetmələrdən ibarət azarkeş ordusunun sıraları geniş olmasa da, yetərincə yüksək səviyyədə və ehtiraslı dəstəyə söz ola bilməz. Çatışmayan bircə nəticədi.
* 48-ci dəqiqədə meydanda çox maraqlı vəziyyət yarandı. Müdafiənin sol cinahında qərarlaşan Stasyuk “Səbail”in həkimindən naşatır spirti istədi. Həmin məqamda top onun üzərinə gəldi. Həm spirti iyləyən, həm də topu qəbul etməli olan müdafiəçinin davranışı komanda yoldaşı İlkin Muradovun xoşuna gəlmədi. “Ə, nağayırırsan sən”, - deyə ukraynalını danlayan İlkinin sözlərini Stasyukun anlayıb-anlamadığını bilmədik.
* 63-cü dəqiqədə cinahdan hücuma atılan Vüsal İsgəndərlini yolverilməz fəndlə saxlayan Qustavo de Fransaya Rəşad Əhmədov əvvəlcə sarı vərəqə göstərdi. “Sumqayıt” cərimə zərbəsini yerinə yetirməyə hazırlaşarkən VAR-dan referiyə siqnal daxil oldu və o, monitora yaxınlaşmağı lazım bildi. Belə başa düşdük ki, əvvəlcə monitor çalışmadı və referi “CBC Sport”un əməkdaşından yardım istədi. Monitor düzələndən sonra da Əhmədov vəziyyəti aydınlaşdırmağa çox vaxt sərf etdi. Bu proses təxminən 3 dəqiqə çəkdi. Maraqlıdı ki, bu zaman hər iki baş məşqçi referiyə Qustavoya qırmızı vərəqə göstərməyə ehtiyac olmadığını dedi. Diniyev “Rəşad, “qırmızı” yoxdu, qırağa gedirdi, qapıya getmirdi” dedisə, Abasov da yaşlı həmkarı ilə həmfikir oldu: “Rəşad, sən Allah, oynayaq getsin, soyudu uşaqlar”.
* Vüsal İsgəndərli Kriştiano Ronaldodan yaxşı cəhətləri özünə örnək götürsə, bəlkə də Azərbaycan futbolunun tarixinə düşə bilər. Yoxsa tumanı qaldırmaqla budun yuxarısını publikaya göstərmək nümunəvi hərəkət deyil. Əvvəl-əvvəl elə düşündük ki, futbolçu bunu qəsdən etmir, sadəcə, hansısa mübarizənin nəticəsində belə vəziyyət yaranır. Sonradan müəyyənləşdirdik ki, Vüsal bunu özünə “fərqlənmə nişanı” kimi seçib. Öz aramızdı, “Sumqayıt”ın indiki forması narahatlıq yaradırsa, İsgəndərli 80-ci illərdə populyar olan qısa tumana keçə bilər.

AMAL, HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

4-03-2023, 15:0

"Səbail" və "Sumqayıt"ın heyətləri bəlli oldu

Premyer-liqa / Manşet

9-03-2023, 19:0

Zirvədə sabitlikdi, zirzəmi isə qaynayır - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

21-02-2023, 19:0

“Neftçi” – “Səbail” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Manşet

11-11-2022, 16:0

"Şamaxı" "Sumqayıt"ı 4 qolla məğlub etdi - YENİLƏNİB

Premyer-liqa

12-02-2023, 19:0

"Səbail"dən və "Sumqayıt"dan qələbə - YENİLƏNİB

Premyer-liqa / Reportaj

14-02-2023, 14:0

“Sumqayıt” 1 qolla 1 pillə irəlilədi - REPORTAJ

Aktual
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
“Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
Son xəbərlər
  • Bu gün, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Bu gün, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Bu gün, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Bu gün, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Bu gün, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Bu gün, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Bu gün, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Bu gün, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Bu gün, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Bu gün, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Bu gün, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Bu gün, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Bu gün, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Bu gün, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Bu gün, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Bu gün, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Bu gün, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Bu gün, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Bu gün, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Bu gün, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • Dünən, 23:59
    "Pafos" Muradın təqdimatını yayınladı
  • Dünən, 23:45
    "Şahdağ Qusar"da yeni futbolçu
  • Dünən, 23:01
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 22:52
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • Dünən, 22:14
    Mourinyo onları “Real”da görmək istəyir
  • Dünən, 21:43
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
  • Dünən, 21:15
    Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
  • Dünən, 20:50
    "Zirə"dən daha bir transfer
  • Dünən, 20:24
    Koreyalılar media ilə ünsiyyəti dayandırdılar
  • Dünən, 19:53
    Roberto Karlos Argentina ilə Braziliyanı müqayisə etdi
  • Dünən, 19:22
    Yenidən doğma klubunda oynayacaq
  • Dünən, 18:51
    Amaniyaya qayıtdı
  • Dünən, 18:20
    Milli komandanın rekordçusu oldu
  • Dünən, 17:59
    Susqun “Turan Tovuz”, coşqun Rəşad Sadıqov
  • Dünən, 17:28
    Doğma klubuna qayıtdı
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 247
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 231
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 206
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 201
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə