Depay və Lyuk de Yonqun vəziyyəti necədi?

10.04.2022 15:55 449
Dünya futbolu
“Barselona”nın səhhətində problemi olan oyunçuları ilə bağlı növbəti xəbər yayılıb.

Memfis Depay ilə Lyuk de Yonq artıq sıraya dönüblər. Onlar müxtəlif səbəblərdən Avropa Liqasının “Ayntraxt” ilə oyunu üçün Frankfurta yollana bilməmişdilər. Son məşqlərdə iştirak edən hər iki futbolçunun “Levante”yə qarşı oynamaq şansı var. La Liqa matçı saat 23.00-da başlayacaq.