Football-plus.az xəbər verir ki, Buskets 2009-cu ildən İspaniya millisində çıxış edirdi. “Barselona”nın 34 yaşlı yarımmüdafiəçisi 143 matç keçirdiyi yığmada 2 qolun və 9 məhsuldar ötürmənin müəllifi olub. O, 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionu olub.
Karyerası uğurlarla zəngin olan Serxio qərarını sosial şəbəkə hesabları vasitəsilə bəyan edib:
“Təxminən 15 ildən və 143 oyundan sonra milli komanda ilə vidalaşdığımı bildirirəm. Məni bu uzun yolda müşayiət edən hər kəsə təşəkkür edirəm: mənə debüt şansı verən Visente Del Boskedən sonuncu məşqçi Luis Enrikeyə qədər hamıya minnətdaram. Komanda yoldaşlarıma, yığmanın bütün personalına və federasiyanın rəhbərliyinə təşəkkür edirəm. Azarkeşlərə və ailəmə “sağ olun” deyirəm. Siz mənə həmişə, hətta işlər qaydasında olmayanda da dəstək vermisiz”.



