“Sabah”ın qapıçısı “Kəpəz”in ehtiyat oyunçular skamyasına hansı məqsədlə yaxınlaşıb?

7.03.2023 16:02 485
Premyer-liqa
"Sabah" - "Kəpəz" qarşılaşmasının startından öncə meydan sahiblərinin qapıçısı Nicat Mehbalıyev qonaqların oyunçular skamyasına yaxınlaşaraq hər kəslə mehriban görüşdü.

"Football-plus.az" saytı olaraq onun bu addımının səbəbini öyrəndik. Mehbalıyevi dinləyək.

"Kəpəz"də çıxış edən və dostluq etdiyim futbolçular var. Onlarla şəxsən görüşüb, hal-əhval tutmaq istədim. Xüsusi nəsə yoxdu".

ABDULLA İSMAYILOĞLU