• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Pike özünü sevgilisinin kuklası sayır

Dünya futbolu

6-03-2023, 21:0

Dünyaca ünlü pop müğənnisi Şakira Meksikanın “Las Estrellas” kanalında yayınlanan “En Punto” adlı şouda önəmli açıqlamalar verib.

"Football-plus.az" xəbər verir ki, o, iki övladının atası, İspaniya yığmasının və “Barselona”nın sabiq müdafiəçisi Xerar Pikedən ayrılandan sonra həyatında baş verən dəyişikliklərdən bəhs edib. Xatırladaq ki, Şakira yanvarın əvvəllərində Pike və onun yeni sevgilisi Klara Çia Martiyə həsr olunmuş klip çəkdirmişdi. “Yutub”a yerləşdirilən klip böyük marağa səbəb olmuşdu. 45 yaşlı Şakira Pikenin 23 yaşlı yeni sevgilisinə növbəti dəfə söz atmağı unutmayıb:

“Yanvarda yazdırdığım mahnının çoxlu müzakirələrə səbəb olduğunu bilirəm. Mən elə mühitdə böyümüşəm ki, orda həmişə qadının özünü sübut etmiş bir insan sayılması üçün kişiyə ehtiyacı olurdu. Mənim də ailə sahibi olmaq uşaqlıq arzum idi. Mənim təsəvvürümdə hər zaman uşaqlar öz valideynləri ilə eyni evdə yaşamalıydılar. Amma həyatda heç də bütün arzular reallaşmır. Düzdü, həyat hər bir insanın qarşısında günahını yumaq üçün başqa bir yol açır. Özümdən çox sevdiyim iki övladı mənə bəxş etməklə həyat mənə çox şey verdi. Hər şeyə rəğmən, onlara örnək olmalıyam. Artıq gözəl anlayıram ki, hər bir qadına mütləq bir kişi lazım olması barədə rəvayətlər yalandı! Həmişə emosional baxımdan kişilərdən asılı olduğumu etiraf etməliyəm. Amma indi bu məsələyə tam başqa gözlə baxıram. Öz ayaqları üstündə dura bilən müstəqil bir qadın olduğumu düşünürəm. Bir qadın həyatda çətinliyin öhdəsindən gələ bilirsə, daha da güclü insana çevrilir. Çünki artıq öz zəif və güclü tərəflərini bilərək buna uyğun addım atmağa başlayır. Bir neçə il öncə bu cür açıqlamalar verməzdim. Çünki tam fərqli düşünürdüm. “Bizarrap” ilə birlikdə araya-ərsəyə gətirdiyimiz həmin mahnıdan sonra studiyadan sanki tam başqa insan kimi ayrıldım. Bu mahnı mənə içimdəkiləri çölə tökməyə, emosiyalarımı çıxarmağa yardım etdi. Məndən sanki par çıxdı. Bunun sayəsində psixoloji cəhətdən özümə gələ bildim. Bu mahnı sayəsində özümü ifadə etmək fürsətim olmasaydı, əvvəlki insan kimi qalacaqdım. Mən həmişə mahnılarımda sanki söz haqqı olmayan və ya danışa bilməyən insanların əvəzinə danışıram. Cəmiyyət üçün vacib məqamlarda hər zaman qadınlar ortaya çıxır. Ona görə də bir-birimizə dəstək olmalıyıq. ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt demişkən, digər qadınları dəstəkləməyən qadınlar üçün cəhənnəmdə xüsusi bir yer hazırlanıb! Həyatımın növbəti mərhələsinə tam hazıram. Qoy, həyat gəlsin və bu dünyada başqa nələrin olduğunu mənə göstərsin”.


Belə desək, əks cəbhədə isə Pike son qəribə açıqlaması ilə bir andaca sosial şəbəkədə ən çox müzakirə olunan şəxslərdən birinə çevrilib. Çünki sabiq futbolçu faktiki yeni sevgilisinin kuklasına çevrildiyini etiraf edib. “Tviç” platformasında canlı yayınları ilə məhşur olan Llanos Pikeyə “futbolla vidalaşdıqdan sonra dəb trendləri ilə yaxından maraqlanırsanmı” sualını ünvanlayarkən bu cavabı eşidib:
“Dükanlara sevgilimlə birlikdə gedirəm. Bütün geyimlərimi o seçir. Mən sanki bir kuklayam”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

31-01-2023, 10:0

Şakira Pikeyə həsr olunan daha bir klip çəkdirdi

Dünya futbolu

22-01-2023, 14:0

Pike + Şeyk = ?

Maraqlı

13-02-2023, 17:0

Pike ilə Şakira gündəmdən düşmür

Dünya futbolu

5-06-2022, 13:0

''Pike həmişə necə böyük arxamın olduğunu deyirdi''

Dünya futbolu

4-06-2022, 15:0

Pike ilə Şakiranın yolları ayrıldı

Dünya futbolu

18-01-2023, 21:0

Şakiranın Pikeyə ünvanladığı mahnı “yutub”da rekord qırdı!

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Bu gün, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Bu gün, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Bu gün, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Bu gün, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Bu gün, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Bu gün, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Bu gün, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Bu gün, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Bu gün, 13:25
    Parisdən Madridə yollandı
  • Bu gün, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Bu gün, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Bu gün, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Bu gün, 11:31
    Milli komandanı tərk etdi
  • Bu gün, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Bu gün, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Bu gün, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Bu gün, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Bu gün, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Bu gün, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Bu gün, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • Dünən, 23:54
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • Dünən, 23:23
    "Şamaxı" müdafiəçi transfer etdi
  • Dünən, 22:52
    AFFA-nın baş katibi milli üzvləri ilə görüşdü
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:40
    Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 115
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə